Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uşaqları zorlayanlar axtalanmalıdır - Deputatdan TƏKLİF
“Azərbaycanda 100 min nəfərə düşən intihar halları 4-5% arasındadır. Bu rəqəmlər bizə təskinlik verməməlidir. Çünki hər intihar bir ailənin faciəsidir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, kişilər arasında intihar halları qadınlardan çoxdur:
“Qadınların intiharının səbəblərindən birincisi məhz məişət zorakılığıdır. Yeniyetmələrin intiharına gəlincə, sonradan məlum olub ki, onlar valideynlərinin münaqişəsindən yorulub intihar edirlər. Bütün bunlar tək Azərbaycanın yox, dünyanın problemidir. Bu sahədə tədbirlər daha da sərtləşdirilməlidir.
Hətta hesab edirəm ki, uşaqları cinsi istismara məruz qoyanlar, pedofillər axtalanmalıdır”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"