Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vasif Talıbova məxsus olmuş məşhur şirkətlər bağlanır
Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş "Gəmiqaya Avtonəqliyyat", "Avtonax MR" və "Avto GL" şirkətləri ləğv edilir.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az məlumat yayıb.
Məlumata görə, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Gəmiqaya Avtonəqliyyat" 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050.14 manatdır. "Avtonax MR" 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, "Avto GL" isə 2023-cü ildə 241 937 manat nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"in tabeçiliyində olub.
"Vasif Talıbov" teqi üzrə xəbərlər
- Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi
- Vasif Talıbovun qardaşının sədr olduğu federasiya da LƏĞV EDİLDİ
- Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiyanın bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
- Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ
- Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var