Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

DSMF-də 31 yaşlı bankirə vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin yeni sədri Zəka Mirzəyev özünə müşavir təyin edib.
Oxu.Az xəbər verir ki, müvafiq əmrlə 1994-cü il təvəllüdlü Amin Abdullayev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə gətirilib.
Qeyd edək ki, 31 yaşlı Amin Abdullayev 2022-2025-ci illərdə isə Mərkəzi Bankda Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.
O, daha əvvəl - 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktual hesablamalar departamentində baş mütəxəssis vəzifəsində çalışıb.