Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə mayın 11-də saat 21 radələrində Gəndob-Yalama yolunun 22-ci kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qobuqırağı kənd sakini, 1991-ci il təvəllüdlü Mübariz Tahirov idarə etdiyi VAZ-2110 markalı avtomobili ilə yolu keçmək istəyən həmkəndlisi, 1966-cı il təvəllüdlü Tərlan Tahirmirzə oğlu Məmmədovu vurub.
Nəticədə T.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12