Xaçmazda öləmlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində “QAZ 24”ün sürücüsü 1960-cı il təvəllüdlü, Xaçmazın Gödəkli kənd sakini Mədətov İdayət Dübarə oğlu hadisə yerində dünyasını dəyişib.
İlkin səbəb kimi İ.Mədətovun qəzadan öncə ürək tutmasının olduğu, nəticədə idarəetməni itirən sürücünün qarşıdan gələn avtomobilə çırpıldığı göstərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:47
Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində qeydə alınıb.
“QAZ 24” markalı minik avtomobili ilə “Qazel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticə “QAZ 24”ün sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.