Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xırdalan sakinləri yağış sularının "əsiri"nə çevriliblər: DİZƏ ÇIXAN SU VƏ MƏİŞƏT TULLANTILARI
Abşeron rayonu Xırdalan şəhərində yağış suları acınacaqlı vəziyyət yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, Xırdalanda 26-cı məhəllədəki marketlərdən birinin yaxınlığında binanın həyətinə həm yağış suları, həm də məişət tullantıları dolub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib ki, Xırdalan şəhərinin bir hissəsi istisna olmaqla, rayonun bütün kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
"Buna görə də sakinlər tərəfindən uzun zaman öncə kustar üsullarla, norma və tələblərə cavab verməyən kanalizasiya xətləri çəkilib.
Aramsız yağan son yağışlardan sonra mövcud olan kanalizasiya kollektorlarının və nasosların fasiləsiz işləməsinə baxmayaraq, yağış sularının tam axıdılması çətinləşib və nəticədə bir neçə küçədə su yığılması müşahidə edilib.
Bununla əlaqədar olaraq bildiririk ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin və aidiyyəti təşkilatların nümayəndələri tərəfindən koordinasiyalı şəkildə suyun müxtəlif vasitələrlə axıdılması istiqamətində tədbirlər həyata keçirilir", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb