Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xocalı sakini: "Sevincli, qürurlu və duyğulu anlar yaşayırıq"
"Hər kəs bu qayıdışa görə sevincli və qürurlu anlar yaşayır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri Xocalı sakini Allahverdi Kərimov deyib.
O, doğma yurda qayıdışı uzun müddət səbirsizliklə gözlədiklərini deyib:
"Biz Şəki rayonu Köbər Zəyzid kəndində Muradbulaq adlanan ərazidə məskunlaşmışdıq. Altı nəfərlik ailə üzvü ilə bərabər indi doğma yurdumuza qayıdırıq. Əlbəttə, çox sevincliyik.
İndiki vəziyyətdə kəndimizə çatmağı səbirsizliklə gözləyirik. Həm sevincli, həm qürurlu, həm də duyğulu anlar yaşayırıq".
Qeyd edək ki, bu gün Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
"Şuşa" teqi üzrə xəbərlər
- Şuşada bayram namazı qılınıb
- Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- İlham Əliyev: "İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq"