Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocəsən qəsəbəsində aşan yük maşını YOLU BAĞLADI
"Xocəsən-Lökbatan yolundakı qəza bu gün səhər saat 6-da baş verib".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən verilib.
"Belə ki, küləyin güclü, hava şəraitinin yağıntılı və asfalt örtüyünün yaş olması səbəbindən 54-BB-606 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin sürücüsü Əliyev Damət Sərxoş oğlu idarəetməni itirib. Nəticədə avtomobil aşıb və yol bağlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Artıq nəqliyyat vasitəsi ərazidən götürülüb, yol açıqdır. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Bu gün Xocəsən-Sədərək yolunda "KamAZ" markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
İlkin məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını aşıb və yolu bağlayıb.
Xəsarət alanlar barədə məlumat yoxdur. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova