Yasamal rayonunda 40 yaşlı kişini avtomobil vurub.
Oxu.Az xəbər verir ki, hadisə Yeni Yasamal 1 ünvanında baş verib.
Minik avtomobili 1979-cu il təvəllüdlü Həsənov Elman Faziloğlunu vurub.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu