"2026-27-ci tədris ili üçün peşə təhsili müəssisəsinə qəbul başlayıb".
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib.
O, qəbulun avqustun 10-na qədər davam edəcəyini deyib.
İlqar Bayramov 2026-27-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrıldığını da qeyd edib.
"Plan yerlərinin 3 000-i ilk peşə təhsili, 27 260-ı texniki peşə təhsili, 2 860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir. Cari tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir".
Direktor əlavə edib ki, qəbul planının 74 faizini (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir:
"Dövlət sifarişli yerlərin sayı son dörd ildə 52 faiz artıb".
Onun sözlərinə görə, qəbul planının 44 faizi iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir:
"Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı-mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri üzrə çilingər və bitkiçilik mütəxəssisi yer alır".
O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər 23 iyul-10 avqust tarixlərində portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcək və beşədək ixtisas seçimi edə biləcəklər:
"Qəbulun nəticələri 14-15 avqust tarixlərində şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə 16-25 avqust tarixlərində aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər".
Daha çox foto burada: PhotoStock.az