Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Nazirliyin saytına istinadən verilən məlumata görə, iclas iyulun 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçiriləcək.