Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Oxu.Az xəbər verir ki, Dövlət Proqramının layihəsi Nazirliyin rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib. Saytın “Qanunvericilik” bölümündəki “Qanunvericilik layihələri” alt bölümündə layihə ilə tanış olmaq olar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanıb. Layihədə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin 2025-ci ilədək dövr üçün inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər müəyyən olunur.
Gülnarə Zeynalova
www.oxu.az