Gənc müğənni Rilaya (Valeriya Hüseynzadə) yeni fotosessiyaya çəkilib.
Oxu.Az xəbər verir ki, “Böyük səhnə” və “Eurovision 2013” milli seçim turlarının finalçılarından olan müğənni Rilaya fotoqraf Orxan Məmmədlinin fotokamerası qarşısına keçib.
Qeyd edək ki, Rilaya bu ilin aprel ayında “Saf” adlı lirik mahnısına çəkilən klipini təqdim etmişdi.
Fotoqraf Orxan Məmmədli isə maraqlı foto-layihələri ilə çoxlarınıza tanışdır.
Aytən Sadıqzadə
www.oxu.az