Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az-ın məlumatına görə, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 20 ailə - 103 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Samir Əli