İyunun 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində iki eksklüziv film - “Əsas rol” və “Cinayət şəhəri – 2” nümayiş olunacaq.
Antonio Banderas və Penelopa Kruz “Əsas rol” komediyasında
“CinemaPlus” kinoteatrlar şəbəkəsində iyunun 23-dən Argentina və İspaniya istehsalı olan “Əsas rol” komediya filminin nümayişi başlayır. Film 78-ci Venesiya Film Festivalının müsabiqə proqramı çərçivəsində təqdim olunub.
Filmin rejissorları: Mariano Kon və Qaston Düpra.
Baş rollarda: Antonio Banderas, Penelopa Kruz və Qaston Düpra.
Şöhrətpərəst milyarder mükəmməl film yaratmaq və adını tarixə yazdırmaq üçün yola çıxır. Ssenari Nobel mükafatı laureatının kitabıdır, rejissor dəbli və ekssentrikdir, əsas rollarda seks simvol, milyonların kumiri və dram aktyorudur. Bu, şedevr olacaq, yoxsa problem?
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.