Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Bakıda seyf oğrusu yaxalandı - VİDEO
Paytaxtın Nizami rayonunda yerləşən mənzillərdən birindən naməlum şəxs tərəfindən içərisində 5000 manat, 1500 dollar, 750 avro və müxtəlif sənədlər olan seyf naməlum şəraitdə oğurlanıb.
Oxu.Az-ın xəbərinə görə, ev sahibi bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Abbasov saxlanılıb.
O, ifadəsində zərərçəkənin tanışı olduğunu və bir neçə ay əvvəl həmin evdə qonaq olan zaman mənzilin açarlarından birini oğurladığını bildirib.
Zərərçəkənin mənzildə olmadığı biləndən sonra S.Abbasov həmin açarlar vasitəsilə evə daxil ola bilib.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2025