17 
Yan
2022
17:48
13
227
2522
Virtual karabakh

Avtomobili ilə su kanalına düşən şəxsin meyiti TAPILDI

17 Yan, 2022
17:48
2522

Avtomobili ilə su kanalına düşən şəxsin meyiti TAPILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri