Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əcnəbi ifaçılar “Ağacda alma” oxudular - VİDEO
Azərbaycanlı və əcnəbi ifaçılar maraqlı layihə ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, ötən ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsəndə keçirilmiş “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgədə estrada ifaçıları qala-konsert verib.
MDB dövlətləri gənclərinin iştirak etdiyi konsertdə əməkdar artist Şölə Səfərəliyevanın rəhbərliyi altında Azərbaycan xalq mahnısı “Ağacda alma” ifa olunub.
Belə ki, Nikita Adamçuk (Belarus), Kseniya Lebedeva (Rusiya), Moldir Tanqirberqen (Qazaxıstan), Nigar Cəlilova (Azərbaycan), Nikoleta Boduy, Korina Taka (hər ikisi Moldova), Asimxan Rəcəbov, Rəbiyə Hacıyeva (hər ikisi Tacikistan) bu mahnını oxuyublar.
Qeyd edək ki, bu düşərgə zamanı MDB gəncləri öz yaradıcılıq məhsullarını nümayiş etdirirlər.
Səbuhi MUSAYEV
www.oxu.az
"Daşkəsən" teqi üzrə xəbərlər
- Daşkəsəndə dörd nəfər dəm qazından zəhərləndi
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
- Daşkəsənə güclü qar yağıb
- Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyitinin tapıldığı ərazidən GÖRÜNTÜLƏR
- Xoşbulaq kəndinə ildırım düşüb: Sıradan çıxan elektrik xətti tam bərpa olunub
Rəylər