18 
Sen
2018
20:00
188
32
11734
Virtual karabakh

Onu “Paqanini” adlandırırlar: Bir azərbaycanlı oğlanın tarixçəsi... – MÜSAHİBƏ

18 Sen, 2018
20:00
11734

Onu “Paqanini” adlandırırlar: Bir azərbaycanlı oğlanın tarixçəsi... – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı virtuoz elə ilk çıxışındaca dünya səhnələrini fəth etdi. Alman tamaşaçıları qarşısında çıxışdan sonra isə onu “Azərbaycanlı Paqanini” adlandırırlar. 

Azərbaycan Respublikasının Əməkdar artisti, gənc və istedadlı skripkaçı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilmiş Elvin Xoca Qəniyev Berlində keçirilən beynəlxalq musiqi müsabiqəsində qızıl medal qazanıb. 

Oxu.Az-ın müxbiri gənc azərbaycanlı ilə danışıb və ona bəzi suallar verib:

- Üç dəqiqə vaxtınız olsaydı, özünüz haqqında nə deyərdiniz? 

- 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində doğulmuşam. Babam Azərbaycanın Xalq artisti Sərvər Qəniyev, anam pianoçu, atam violonçelist olub. 1993-cü ildə babam İhsan Doğramacının təşəbbüsü ilə Bilkənd Universitetində beynəlxalq simfonik orkestri qurdu və bütün dünyadan oraya musiqiçilər dəvət etdi. Valideynlərim də belə tanış olublar. 

1997-ci il noyabrın 25-də isə mən doğuldum. Ailəmiz musiqiçilərdən ibarət olduğu üçün məndən “musiqiçi düzəltməyə” ehtiyac yox idi. Axı başqa maraqlı peşələr var idi. Həkim, arxitektor, iqtisadçı və s. Lakin mən musiqi sədaları alında yatır, musiqi ilə oyanırdım. Dayım Toğrul da musiqiçi idi. Uşaq vaxtı babamın sayəsində dünya şöhrətli musiqiçilərlə tanış olmuşam, bizim həmişə maraqlı qonaqlarımız olub. Uşaq olanda oxuyur, hər zaman dirijor çubuğu ilə gəzirdim.

Qəmli mahnılarla ağlayır, şən mahnılara oynayırdım. Və beləliklə, beş yaşımda musiqi məktəbinə getdim.İlk müəllimim babam olub. O, mənimlə məşğul oldu, doqquz yaşımda isə əfsanəvi Zaxar Bronla tanış oldum. O vaxtdan mən İsveçrənin Sürix şəhərində ondan öyrənirəm. İndi dördüncü kursdayam. Anam və atam Ankaradadır, bacım həyat yoldaşı və övladı ilə Bakıda yaşayır. Mən isə boş vaxtlarımda onları görmək üçün Bakı və ya Ankaraya gedirəm. Mənim hələ yarım dəqiqəm var (gülür – red.).

- Çoxları səndə özünəməxsus ifanı qeyd edir. Azərbaycan tamaşaçısı bu ifanı Rəmişdə görüb. Bu, səndə necə alınır?

- Özünəməxsus ifa improvizasiya deyil. Ona görə də mən klassik musiqiçi kimi bəstəkarın mətnini dəyişmirəm, ancaq hər musiqiçi müxtəlif formada ifadə edir. Misal üçün, milyonlarla insan Motsartı müxtəlif cür ifa edir, ona görə ən yaxşı ifaçını seçmək üçün müsabiqələr keçirilir. 

- Sənin idealın kimdir və səni nəyə görə məşhur Paqanini ilə müqayisə edirlər?

- Mənim idealım David Oystrax və babam Sərvər Qəniyevdir. Musiqiçi və şəxsiyyət kimi. Paqanini ilə niyə müqayisə edirlər? Bilmirəm, Paqanini əfsanəvi mahir skripkaçı sayılır, ola bilsin ki, hansısa texniki detallara görə bunu edirlər. 

- Tutaq ki, sənin filmdə olduğu kimi, “həyat yolun” var və bu həyatda peşəkar karyeranla bağlı bir hadisəni silmək üçün şans verilir. Nəyi silərdin?

- Əlbəttə, qəribə hadisələr bütün insanlarda, o cümlədən, musiqiçilərdə də olur. Yadıma gəlir ki, pianoçu ilə konsertim vardı. Biz sonata ifa etməli idik. Çıxış ərəfəsində pianoçu gördü ki, notlardan ibarət bir partiyanı artist otağında qoyub. İlk çıxış Solo Bahanın sonatası ilə bağlı idi, ona görə də sakitcə çıxdım və onu ifa etdim. Birinci çıxışdan sonra alqış sədaları altında səhnənəni tərk etdim ki, pianoçu ilə yenidən qayıdım. 

Səhnə arxasında pianoçunu görmədim, konsert təşkilatçılarına bununla bağlı məlumat verdim, yenidən səhnəyə qayıtdım və proqramda olmayan İzai sonatasını ifa etdim. İfa edən zaman əmin idim ki, pianoçu artıq səhnənin arxasındadır və onu tapıblar. Ancaq belə olmadı. Özüm onu axtarmağa başladım. Ancaq heç yerdə tapmadım. Səhnəyə qayıtdım, yolda fikirləşdim ki, mən bunu solo ifa edə bilərəm. 

Papaninin əsərini ifa edən zaman beynimdə fikirlər dolaşırdı. Pianoçu harada ola bilər və mən bu konsertdə tək ifa etməliyəm. Səhnə arxasına qayıdan zaman pianoçunu orada gördüm. Məlum oldu ki, o, düzgün liftə minməyib və lift xarab olub. Ətrafdan keçən bir nəfər isə bunu eşidib. 

- Səhv etmirəmsə, yaxın günlərdə Bakıya gələcəksən. Sənin ifanı Azərbaycan tamaşaçısı nə vaxt canlı dinləyə və həzz ala biləcək? 

- Sentyabrın 27-30-da Bakıda keçiriləcək Nəsimi Beynəlxalq Festivalında iştirak edəcəyəm. Bunun üçün Azərbaycana gələcəyəm. 

- Sənətə qiymət verən ən yaxşı auditoriya haradadır? Bakıda bu, necədir?

- Klassik musiqiyə hər zaman tələbat olub. Buna görə də klassik adlanır. Klassik musiqinin hər bir ölkədə xüsusi tamaşaçısı, peşəkarları, tənqid edənləri və sevənləri var. Ən sevimli və sadiq, ən ciddi auditoriyam Bakıdadır. Mən hər zaman xüsusi məsuliyyət və şövqlə Bakıdakı konsertlərimə hazırlaşıram.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri