Dek
2019
20:51
59
181
2872
Virtual karabakh

Murad Arif Azərbaycan könüllülərinə konsert verdi - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Beynəlxalq Könüllülər Günü - 5 dekabr tarixində “Elektro HALL”da populyar estrada müğənnisi Murad Arifin “Tufan“ adlı solo konserti keçirilib.

Azərbaycan könüllülərinə həsr edilmiş, onlar üçün xüsusi olaraq hazırlanmış konsert proqramında Murad Arifin yeni mahnıları, həmçinin digər tanınmış ifaçılarla duetləri səsləndirilib.

Könüllük həftəsi ərzində fəallığı ilə seçilən 2 minə yaxın gəncin iştirak etdiyi, Azərbaycan Respublikası Gənclər Fondunun təşkilati dəstəyi ilə baş tutan konsert xüsusi əyləncəli proqramla davam edib. Konsertdə gənclərin iştirakı ödənişsiz olub. Murad Arif konsertin Azərbaycan könüllülərinə hədiyyə, könüllülük hərəkatına onun töhfəsi kimi qəbul olunmasını xahiş edib.

Dekabrın 1-də “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” bütün ölkəni əhatə edən kütləvi tədbirlərin, o cümlədən “Könüllülük sərhəd tanımır!” adlı sosial aksiya, İDEA İctimai Birliyinin də tərəfdaş kimi qatıldığı “TəbiətimİZ” adlı ekoloji aksiyanın təşkili ilə davam edib.

5 dekabr tarixində Azərbaycan Könüllülərinin 2-ci Respublika Həmrəylik Forumunda minlərlə gənc iştirak edib. Həftənin ən fəal 300 könüllüsü isə 6-9 dekabr tarixlərdə təşkil edilən 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri