14 
İyl
2020
06:21
25
223
14334
Virtual karabakh

Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – VİDEO

14 İyl, 2020
06:21
14334

Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatında itkin düşən aktrisa Naya Riveranın atası özünü gölə ataraq, müstəqil şəkildə axtarışlara başlayıb. 

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, Corc Rivera göldə elə paltarlı halda üzüb. 

33 yaşlı aktrisa iyulun 9-da dörd yaşlı oğlu ilə birlikdə kirayə götürdüyü qayıqda üzməyə gedərkən itkin düşüb. Uşaq qayıqda yatmış halda tapılıb. Onun sözlərinə görə, anası suya tullanıb və bir daha qayıtmayıb. 

Bir neçə günlük axtarışlardan sonra Ventura dairəsinin yerli hökuməti məşhur aktrisanı batmış elan edib.

İki dəfə dünyanın ən seksual qadını adını almış Riveraya “Xor” serialındakı Santana Lopez rolu məşhurluq gətirib. Bundan başqa o, “C.S.I .: Mayami”,  “Məkrli xidmətçi” və “Malibu xilaskarları” seriallarında da çəkilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri