Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azercell" və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
"Azercell Telekom" MMC sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını və onların cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyir.
Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" MMC və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi uzunmüddətli əməkdaşlıqlarını davam etdirir. Bu tərəfdaşlıq çərçivəsində 2025-ci il ərzində sağlamlıq imkanları məhdud 120-dək uşaq parastolüstü tennis, parapauerliftinq, paracüdo, paraüzgüçülük və parataekvondo kimi paralimpiya idman növləri üzrə müxtəlif tədbirlərdə iştirak edəcək.
İnklüziv idmanın inkişafına töhfə verməyi və sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmalarına imkan yaratmağı hədəfləyən "Azercell", 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin dəstəyi sayəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafı ilə yanaşı, həm də sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, onların motivasiyasının və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
"Azercell Telekom" teqi üzrə xəbərlər
- Magistratura imtahanının nəticələri elan olundu
- "Azercell"in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2025" baş tutdu
- "Azercell" və ADA Universiteti Fondunun tərəfdaşlığı ilə akademiya-sənaye görüşü keçirilib
- "Bakı Marafonu 2025": Emosiyalarla dolu yarış - Maraqlı anların FOTOLARI
- "Azercell" "ADA Employability Week 2025" təşəbbüsünə qatılıb