Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp suyun təzyiqi ilə bağlı sərəncam imzaladı: "15 dəqiqə duşun altında dayanmalı oluram"
ABŞ Prezidenti Donald Tramp əvvəlki administrasiyalar tərəfindən duşda suyun təzyiqi ilə bağlı qoyulan məhdudiyyətləri aradan qaldıran sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, bu addım duş qəbul edərkən su təzyiqinin zəifliyindən əziyyət çəkən amerikalıların uzun müddətdir davam edən problemini həll etmək məqsədi daşıyır.
Oval kabinetdə sərəncamı imzaladığı zaman Tramp şəxsi təcrübəsini bölüşüb.
"Saçlarım islanana qədər 15 dəqiqə duşun altında dayanmalı oluram. Duşdan damcı-damcı su gəlir. Bu, gülməlidir", - deyə o bildirib.
Prezident, həmçinin qeyd edib ki, şampunu yaxalamaq üçün də çox vaxt sərf edir və bu da ona məşhur saç düzümünə lazımi qaydada qulluq etməkdə mane olur.
Donald Tramp ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə mövcud normalara görə saçları yumağın çətinliyi məsələsini gündəmə gətirib.
"Mən istəyirəm ki, saç düzümüm həmişə mükəmməl görünsün, lakin suyun zəif təzyiqi bu məsələni çox çətinləşdirir", - deyə prezident vurğulayıb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Ankaradakı diplomatik mənbələr Trampın Türkiyəyə mümkün səfərini şərh edib
- Tramp Səudiyyə Ərəbistanına səfər etdi
- Uitkoff: "Putinin razılığı olmadan Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək mümkün deyil"
- Məşhur "Ferrari" filminin prodüseri Tramp haqqında film çəkəcək: 100 milyon dollar axtarır
- ABŞ və Çin rüsumları azaltmaqda razılığa gəldilər