20-22 oktyabr tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2021) sərgisi keçirilir.
Qarabağda bir sıra layihələr həyata keçirən MSDIS Holdinq də sərgidə təmsil olunan şirkətlər sırasındadır. Holdinqin stendi 2-ci zalda yerləşir və nömrəsi K2304-dür.
MSDIS Holdinq “MS Oil” yanacaqdoldurma məntəqələri, “MS Kabel” zavodu, “MS Asfalt” zavodu, “MS Sement” zavodu, “MS Karyer”, “MS Laminat” xidmət və məhsullarını özündə birləşdirir və sərgidə təmsil olunur.
Stenddə nümayiş olunan 20-dən çox kabel növü, M-300, M-400, M-500 sement növləri, müxtəlif çeşidli laminatlar, Qarabağdakı layihələrdə istifadə olunan işıqlandırma sistemləri və digər tikinti materialları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.
MSDIS Holdinq “Bakı Ekspo Mərkəzi”ndə K2304 saylı stenddə ziyarətçilərini qəbul edir. Yüzlərlə həm yerli, həm də xarici mütəxəssisin ziyarət etdiyi stenddə ziyarətçilərə holdinq məhsulları və xidmətləri haqqında məlumatlar təqdim edilir. Stendi ziyarət edənlər şəxslər mövcud məhsullar və xidmətlər haqqında məlumatlar alır, qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə edir, holdinq tərəfindən Qarabağda gerçəkləşdiriləcək layihələrlə tanış olurlar.
2 ildir fəaliyyətdə olan MSDIS Holding ixtisaslaşdığı sektorlar üzrə bazarın lideri olmağı hədəfləyir. Bunun bariz nümunəsidir ki, holdinq Qarabağ da daxil olmaqla ölkədə bir neçə tenderin qalibi olub və onları uğurla təhvil verib. Holdinq insan resursları potensialı və şəffaflıq siyasəti üzərində qurulub, öz yenilikçi, rəqabətədavamlı və dəyər yaradan fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
MSDIS Holdinq dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.
MSDIS Holdinq - Adımız etibarımızdır!
#msdisholding #sərgi #sergi #bakuexpocenter #bakıexpomərkəzi #reubildkarabakh