Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvə toplantısı uğurla yekunlaşıb - FOTO
13 may 2024-cü il tarixində təşkil olunan Təchizat Zənciri Liderləri Zirvə toplantısı “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə uğurla yekunlaşıb. Tədbirdə 40 dövlət, 185 özəl şirkət olmaqla 600 nəfərdən çox iştirakçı, rəsmilər, istehsalçı, distribütor, topdansatış, pərakəndə satıcı və istehlakçılar iştirak ediblər.
“Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçirilən tədbir “Konsis Group” şirkətinin təşkilati dəstəyi, “Azərsun Holdinq”in baş sponsorluğu, “Roof Academic Training”in platinum sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin gold sponsorluğu, “Qardaşlar Mebel”, “Bank of Baku”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin və “İnnab” platformasının sponsorluğu ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun açılış nitqi ilə davam edib.
3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq”, “ Təchizat Zəncirinin Strateji İdarəedilməsi”, “Təchizat Zənciri: Gələcəyin Dizaynı “ panelləri üzrə təchizatda risklərin idarəolunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və sahəyə dair digər mövzular haqqında müzakirələr ediblər.
“Veyseloglu” Şirkətlər Qrupu mərkəzi təchizat direktoru Fərid Qurbanovun moderator olduğu “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq” panelində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, “Azərbaycan Respublikasının Maliyyə nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sektor müdiri, Elvin Mədətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucov, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktor müşaviri Zahid Əliyev, Daxili İşlər Nazirliyinin Maddi - Texniki Təminat Baş İdarəsinin şöbə rəisi Rahid Ələkbərov sahə üzrə mövcud problemlər və onların həll yollarından danışıb, iştirakçıların suallarını cavablandırıblar.
“Huner Group”un təsisçi və baş direktoru Ehtiram Quliyevim moderator olduğu “Təchizat Zəncirinin Strateji İdarəedilməsi” panelində “Azərsun Holding”in İdarə Heyətinin üzvü Savaş Uzan, “Veyseloglu” Şirkətlər Qrupunun təsisçi və baş direktoru Aydın Talıbov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnkişaf mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və “Demirören Holding Groups”un CEO-su Yusuf Kandemir öz təcrübələrini bölüşüblər.
Böyük Britaniyanın “The Chartered Institute of Procurement & Supply” (CIPS) və “The Chartered Institute of Logistics and Transport” (CILT) İnstitutlarının Azərbaycandakı rəsmi nümayəndəsi, proqram rəhbəri və eksperti, “Pro Log” şirkətinin rəhbəri, layihə konsultantı Sahilə Həmidovanın moderator olduğu “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelində satınalma üzrə qrup rəhbəri, İqtisad Elmləri üzrə fəlsəfə doktoru Natiq Qaraxanov, “Baku City Residences”in layihə üzrə baş icraçı direktoru Vüqar Abbasov, “bp Logistika” və təchizat zənciri üzrə texniki mühəndis və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası təchizat zənciri və logistika fənni üzrə ekspert müəllim Anar Ağayev, SOCAR-ın Əməliyyat Satınalması və Təchizat Departamentinin rəis müavini Elçin Musayev və “LV Logistics Limited”in regional direktoru Fuad Məmmədovun spikerliyi ilə baş tutub.
Tədbirin sonunda iştirakçılar sertifikatla, həmçinin dəyərli hədiyyələrlə təmin olunublar.
“Facebook”: https://www.facebook.com/profile.php?id=61556576487637
“Instagram”: https://www.instagram.com/sclforum/
“Linkedln”: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib
- "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb
- Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
- Dövlət dəstəyi ilə qadın sahibkarların iqtisadiyyatda rolu artır
- "KOB bazar" satış yarmarkası fəaliyyətə başladı