İş, ailə və gündəlik qayğılar arasında döşəməni təmiz saxlamaq vaxt tələb edir. Uşaqların yeməkdən sonra yerə tökdüyü qırıntılar, ev heyvanlarının tükləri və otaqlarda yığılan toz bu işi tez-tez təkrarlamağa səbəb olur. "Roborock Qrevo Curv 2 Flow" gündəlik təmizliyin bir hissəsini avtomatlaşdırmaq üçün hazırlanıb.
Döşəməni yuyarkən özünü də təmizləyir
Yaş təmizlik zamanı yuyucu səthdə qalan çirk otağın başqa hissəsinə daşına bilər. "Spiraflow Real-Time Self-Cleaning Mop" texnologiyası rulonu iş zamanı fasiləsiz yaxalayır və çirkli suyu ayırır. Beləliklə, həmin su yenidən təmizlənən döşəməyə qaytarılmır.
270 mm enində rulon dəqiqədə 220 dövrə sürətlə fırlanır. "2.5X Boosted Mopping Pressure" sistemi 15 N aşağı istiqamətli təzyiq tətbiq edir. "Edge-Adaptive Roller Mop" isə divara doğru uzanaraq plintus boyunca təmizliyə imkan verir.
Bəs xalçalar necə?
Sərt döşəmə ilə xalçanın yanaşı olduğu evlərdə yaş təmizlik mexanizminin örtüyə uyğunlaşması vacibdir. "Qrevo Curv 2 Flow" xalça aşkar etdikdə rulonu 15 mm qaldırır. "Innovative Roller Shield" nəm rulonla xalça arasında qoruyucu maneə yaradır.
"20 000 Pa HyperForce®" sorulma gücü toz və digər hissəciklərin toplanmasına xidmət edir. "Certificated Dual Anti-Tangled System" həm əsas, həm də yan fırçada saç və tüklərin dolaşmasının qarşısını almağa kömək edir.
Təmizlikdən sonrakı işlər də azalır
"Reactive AI Obstacle Recognition" və "PreciSense LiDAR Navigation" robotun maneələri tanımasına və marşrutunu planlaşdırmasına kömək edir. Təmizlik bitdikdə cihaz dok-stansiyaya qayıdır, rulon yuyulur və isti hava ilə qurudulur. Bu proses istifadəçinin görəcəyi qulluq işlərinin bir hissəsini avtomatlaşdırır.
Dokda 4.1 litrlik təmiz və 2.9 litrlik çirkli su çənləri, həmçinin 2.5 litrlik toz torbası yerləşir.
Bu yanaşma xüsusilə təmizliyin gün ərzində təkrarlandığı evlərdə faydalıdır. Robot döşəmə ilə məşğul olarkən istifadəçi başqa işlərinə vaxt ayıra bilər. Bununla belə, su çənlərinin doldurulması və boşaldılması kimi müntəzəm qulluq işləri istifadəçinin iştirakı ilə yerinə yetirilir.
"IDC Worldwide Quarterly Smart Vacuum Robotics Tracker" məlumatlarına görə, "Roborock" 2025-ci ildə ağıllı təmizlik robotları kateqoriyasında qlobal birinci olub.

"Roborock Qrevo Curv 2 Flow" modeli "Baku Electronics", "İrşad", "Kontakt" və "Technohome" mağazalarında, həmçinin "Baku Electronics", "İrşad" və "Kontakt"ın rəsmi onlayn mağazalarında satışdadır. Hissə-hissə ödəniş mümkündür; şərtləri satıcı müəyyən edir.
"Black Friday" kampaniyası çərçivəsində noyabrın 9-dan etibarən "Qrevo Curv 2 Flow" seçilmiş satış məntəqələrində xüsusi qiymətlə - 1 799.99 manata (əvvəlki qiymət: 1 869.99 manat) satışda olacaq. Digər təkliflər və məhsul yenilikləri üçün "Roborock Azerbaijan"ı "Instagram" və "TikTok"da izləyin.