"Ziraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 11.591 milyon manat xalis mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 % çoxdur.
Yanvar-iyun aylarında "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 68.886 milyon manat (1 il əvvələ nisbətən 53.8 % çox), əməliyyat xərcləri 43.485 milyon manat (50.7 % çox), xüsusi ehtiyatlara ayırmaları 10.927 milyon manat (3.15 dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2.924 milyon manat (26.1 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 559.974 milyon manat olub ki, bu da illik müqayisədə 46 % çoxdur. Bunun 810.701 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32 % böyüyüb.
İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 83.1 % artaraq 117.634 milyon manata çatıb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 50 % artaraq 1 milyard 386.079 milyon manata, o cümlədən depozit portfeli 52.9 % artaraq 866.632 milyon manata, balans kapitalı isə 20,4 % artaraq 173.895 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin "Ziraat Bank"ına, 0.01%-i "Zıraat Sıgorta" şirkətinə, 0.01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.