Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Çenstoxova təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda İsveçdə "Hammarbü" komandası üzərində 1:0 hesablı qələbə qazanmaqla nail olub.
İlk görüşdə rəqibi ilə qolsuz heç-heçə edən "Rakuv" səfər qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib.
Start heyətində meydana çıxan Mahir Emreli 67-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Hücumçu 73-cü dəqiqədə əvəzlənərək meydanı tərk edib.
Qeyd edək ki, "Rakuv" pley-off mərhələsində "Hayduk" (Xorvatiya) - "Jalgiris" (Litva) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.