"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Gürcüstan-Bakı qatarında baş verən yanğın hadisəsinə münasibət bildirib.
Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu gün səhər saatlarında "Şəmkir" stansiyasının ərazisində Gürcüstandan Bakıya gələn yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.
Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Şəmkirdə qatarda yanğın olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb.
İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.
Hadisə yerinə digər aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.