2015-ci ildə əməkhaqqı son dörd ildə ən aşağı səviyyəyə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) illik hesabatında bildirilir.
“2016-2017-ci illərdə dünyada əməkhaqqı” adlı sənədə əsasən, əməkhaqqı səviyyəsi 2008-2009-cu illərdə əhəmiyyətli dərəcədə aşağı düşdükdən sonra tədricən artmağa başlayıb, lakin 2012-ci ildə yenidən düşməyə başlayıb və 2015-ci ildə 2,5%-dən 1,7%-ə enib. Analitiklər bildirirlər ki, ən sürətli əməkhaqqı artımı Çində qeydə alınıb və bunsuz dünya göstəricisi daha aşağı - 0,9% səviyyəsində ola bilərdi.
BƏT-in məlumatına görə, ötən il Şərqi Avropada əməkhaqqı səviyyəsi 5,2% aşağı düşüb və bu, əsasən, Ukrayna və Rusiyada əməkhaqqı səviyyəsinin aşağı düşməsi səbəbindən baş verib.
Hesabat müəllifləri yazırlar ki, 2012-ci ildən 2015-ci ilədək dünyada real əməkhaqqı səviyyəsi G20-nin inkişaf etmiş ölkələrində qeydə alınıb. Bu ölkələrdə dörd il ərzində əməkhaqları 0,2%-dən 1,7%-dək artaraq son 10 ildə ən yüksək göstərici olub.
Qeyd edilir ki, ən çox ABŞ-da işləyənlərin əməkhaqlarında artım müşahidə olunub - 2,2%, Avropa İttifaqı ölkələrində isə artım 1,9%-ə çatıb.
N.O.
www.oxu.az