Çində müstəntiqlər üç yaşlı qızı emalatxananı yandırmaqda ittiham edirlər.
Baş verən hadisədə 12 nəfər diri-diri yanıblar.
Oxu.Az “Qazeta.Ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Agence France-Presse yayıb.
Agentliyin məlumatına görə, istintaq bu fikrə gəlib ki, qız binanı alışqanla oynayarkən yandırıb. Onun atası, emalatxanın sahibi polisə təslim olub.
O, yaşayış binasından emalatxana qismində istifadə etməkdə və yanğın təhlükəsizliyi qaydalarına riayət etməməkdə ittiham olunur.
Bununla yanaşı, yerli KİV-in məlumatına görə, həlak olanların ailələrinə pul kompensasiyaları ödəniləcək. Kompensasiyanın məbləği dəqiqləşdirilmir.