Avstraliyada “Westfield Parramatta” ticarət mərkəzində hədiyyə paylanması zamanı yaranan basabasda 20 nəfər xəsarət alıb.
Bu barədə Life.ru xəbər verib.
Təqribən 100 nəfərin iştirak etdiyi tədbirdə içərisində hədiyyə kartı olan şarlar buraxıldıqdan sonra, insanlar bir-birilərinin üstünə çıxaraq basabas yaradıblar.
Məlumata görə, şarların içində cəmi beş, yaxud 10 dollarlıq çeklər olub.
Xəsarət alanlardan bəziləri xəstəxanaya yerləşdirilib. Daha 12 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.