ABŞ beynəlxalq yardımları azaldacaq, amma Dövlət Departamentinin diplomatik funksiyasını ixtisar etməyəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru Mik Malveyni bildirib.
“Siz Dövlət Departamentinin xərcləri üzrə kəskin ixtisar görəcəksiniz”, - Malveyni deyib.
“Prezident bəyan edib ki, xaricdə daha az, ölkə də isə daha çox büdcə vəsaiti xərclənəcək. Ona görə də bu siyasəti həyata keçirən zaman xarici yardım azalacaq”, - o əlavə edib.
Bununla yanaşı, Ağ Evin nümayəndəsinin sözlərinə görə, Tramp Dövlət Departamentinin əsas funksiyalarını ixtisar etmək niyyətində deyil.
N.О.
www.oxu.az