ABŞ-da ağır yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Texas ştatında sərnişin avtobusu yük maşını ilə toqquşub.
Qəza nəticəsində yük maşınının sürücüsü daxil olmaqla 12 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Hadisənin digər təfərrüatları, hələ ki, açıqlanmır.
A.S.
www.oxu.az