ABŞ-ın Corciya ştatında girov götürülmüş qadın və uşaqlar azad edilib, Fox News məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, xüsusi əməliyyat nəticəsində girov götürən şəxs yaralanıb.
17:19
Amerikanın Corciya ştatında Atlanta yaxınlığında moteldə 11 uşaq və qadın girov götürülüb, NBC News məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, girovların bir kişi tərəfindən saxlanıldığı ehtimal edilir.
Girov götürülən uşaqların yaş həddinin 17 yaşdan 3 aya qədər olduğu qeyd edilir.
Girov götürülən qadın 911-ə zəng etməyi çatdırıb.
Hadisə yerində xüsusi təyinatlılar dəstəsi, polis və xilasedicilər işləyir.