ABŞ-ın İndiana ştatının La Port dairəsində iri vəhşi hind toyuğu avtomobilin ön şüşəsinə çırpılaraq onu sındırıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polisin “Facebook” səhifəsində məlumat yayılıb.
Məlumata görə, Nyu-Cersi ştatının Emerson şəhərindən gələn Taraboçjia ailəsi icarəyə götürdükləri avtomobildə səyahət edirdilər.
13,61 kq (30 fut) çəkisi olan hind toyuğu toqquşma zamanı tələf olub.
Ailə üzvləri şüşə qırıqlarından xəsarət alıb.
“Vəhşi hind toyuqları cütləşmə dövründə çox hərəkət edir, bu isə onların marallar qədər təhlükəli ola bilməsi deməkdir”, - məlumatda deyilir.
2016-cı ilin dekabr ayında Avstraliyada 200 kq suiti avtomobilin ön hissəsini zədələdiyi barədə məlumat yayılmışdı.

N.О.
www.oxu.az