Karate üzrə ikiqat dünya çempionu, milliyyətcə erməni olan Kamo Unanyan ABŞ-da polis bölməsinə gətirilib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, onun avtomobilindən 70 min dollara yaxın pul və tapança müsadirə ediblər.
İkiqat dünya çempionunun KİV ilə əlaqələr üzrə meneceri Anna Mnatsakanyan onun bu yaxınlarda buraxılacağını bildirib.
Xatırladaq ki, Kamo Unanyan artıq bir ildir ki, ABŞ-a köçüb.
N.О.
www.oxu.az