ABŞ-a bağlı olan Guam adasında prezident seçkilərinin nəticələri məlum olub. İlkin nəticələrə görə Hillari Klinton qalib gəlib.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, 32071 seçicinin iştirak etdiyi seçkilərdə, səslərin 71.63%-ni Hillari Klinton, 24.16%-ni isə Donald Trump qazanıb. Sosialist namizəd Emidio Soltysik isə 4.22% səs yığıb.
Bildirilir ki, hamısı ABŞ vətəndaşı olan Guam sakinləri seçkilərdə aktiv iştirak ediblər, lakin bu səslər prezident seçkiləri üçün keçərli olmayacaq. Guam ABŞ-ın hər hansı bir əyalətinə bağlı olmadığı üçün ABŞ Prezidentini seçəcək Nümayəndələr Məclisində təmsil edilmir.
Guamdakı seçkilər ümumi nəticəyə ciddi təsir etməsə də, ölkədəki seçki nəticələrinə dair mühüm bir göstərici ola bilər. Ada sakinləri ilk dəfə səsverməyə getdikləri 1984-cü ildən bəri ABŞ prezidentini doğru təxmin edirlər.
ABŞ-dakı prezident seçkilərində, New Hampshir ştatının üç kəndindən gələn nəticələrə görə isə, Donald Tramp Hillari Klintondan 32-25 səs öndədir.
ABŞ-ın 45-ci Prezidentinin, Demokratiya Partiyasının namizədi keçmiş ABŞ-ın xarici işlər naziri Hillari Klintonun, yoxsa Respublikaçılar Partiyasının namizədi iş adamı Donald Tramp olacağı, sabah səhər saatlarında aydınlaşacaq.
S.B.
www.oxu.az