Ruandanın son kralı V Kiqeli oktyabrın 16-da vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Keniyanın “Daily Nation” qəzeti məlumat yayıb.
Onun 80 yaşı var idi.
Monarx Jan-Batist Ndaxindurva 1960-cı ildə siyasi kataklizmalar nəticəsində sürgün edilib. Onun sürgün edilməsindən bir il sonra monarxiya ləğv edilib.
V Kiqeli 1992-ci ildə Vaşinqtonda məskunlaşana qədər bir neçə Afrika ölkəsində olub.
ABŞ-da o öz adını daşıyan Ruanda qaçqınlarına yardım fonduna rəhbərlik edirdi. Onun subsidiyalı evdə yaşadığı və dövlət imtiyazlarından istifadə etdiyi məlumdur.
N.O.
www.oxu.az