ABŞ-ın Arizona ştatında, Bakay şəhəri yaxınlığında Vans RV-7 birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, xilasedicilər təyyarənin qalıqlarını şəhərin cənub-qərbində aşkar ediblər.
Ölənlərin adları açıqlanmır. Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisəni ABŞ Federal mülki aviasiya idarəsinin (FFA) və Nəqliyyatda təhlükəsizlik Şurasının (National transportation safety board, NTSB) nümayəndələri araşdırır.
S.S.
www.oxu.az