ABŞ-ın Yuta ştatında yüngül mühərrikli təyyarə Oqden şəhəri yaxınlığında qəzaya uğrayıb
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb.
Bildirilir ki, havaya qalxan “Beechcraft Bonanza” təyyarəsi bir neçə dəqiqədən sonra avtomobil magistralına çırpılıb.
Qəzadan sonra yolda nəqliyyatın hərəkəti iflic olub.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
S.B.
www.oxu.az