Amerikanın Delaver ştatının Smirna şəhərinin həbsxanasında məhbuslar beş nəzarətçini girov götürüblər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, məhbuslardan biri yerli qəzetin jurnalistləri ilə əlaqə quraraq girovların götürülməsinə ABŞ prezidenti Donald Trampın səbəb olduğunu bildirib.
“Səbəb – onun hazırda elədikləridir. Bilirik ki, həbsxanada hər şey pisə doğru dəyişəcək”, - o bəyan edib.
Smirnaya onlarla polis cəlb edilib. Girovlardan biri daha öncə azad edilmişdi. Onun həyati təhlükəsi olmayan yaralar aldığı bildirilib.
Digər girovların vəziyyəti dəqiqləşdirilmir. Danışıqlar davam edir.
N.O.
www.oxu.az