Bazar günü Ohayo ştatının Klivlend şəhərində baş verən kütləvi atışmada azı doqquz nəfər güllə yarası alıb.
Məlumata görə, hazırda ölənlər barədə məlumat yoxdur.
“İlkin məlumatlara görə, şübhəli şəxs bir qrup sakinə atəş açaraq daha sonra hadisə yerindən qaçıb”, - Klivlend polisinin sözçüsü bildirib.
“Müstəntiqlər sübutları və videogörüntüləri tədqiq edir, həmçinin zərərçəkmişlərlə müsahibə aparırlar”, - deyə o əlavə edib.
Mənbə: TASS