ABŞ-da demokratlardan prezidentliyə namizəd Cozef Bayden bu gün prezident seçkilərində qələbəsini elan edə bilər.
“The Washington Post” qəzetinin xəbərinə görə, bununla əlaqədar ABŞ Məxvi Xidməti Baydenin çıxışı planlaşdırılan Delaver ştatının Vilminqton şəhərində təhlükəsizlik tədbirlərini gücləndirir.
Qəzetə seçkiqabağı kampaniya təmsilçiləri tərəfindən bildirilib ki, Məxvi Xidmətə Baydenin bu həftə danışdığı Vilminqton konfrans salonunu ən azı bir gün daha istifadə edəcək və cümə günü orada əhəmiyyətli bir açıqlama veriləcək.
Bununla əlaqədar olaraq Məxvi Xidmət oraya agentlikdən bir dəstə göndərib.
ABŞ Məxvi Xidmətinin əsas vəzifələrindən biri də prezident və vitse-prezidentin, eləcə də, bu vəzifələrə namizədlərin qorunmasıdır.