Tehranla nüvə danışıqlarının ikinci raundu başlamazdan öncə Vaşinqton İranın kölgə donanmasına qarşı sanksiyalar siyahısını genişləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin reyestrində yerləşdirilmiş məlumatda deyilir.
Belə ki, nazirliyin İrana qarşı tətbiq etdiyi məhdudiyyətlər bölməsinə yeddi hüquqi şəxs və beş neft daşıyan gəmi əlavə edilib, onlardan dördü Panama bayrağı altında, biri isə Kamerun bayrağı altında fəaliyyət göstərir.