Hörmüz boğazı üzərində qəzaya uğrayan AH-64 "Apache" İran tərəfindən vurulub.
Oxu.Az xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.
Məlumata əsasən, helikopter "Şahed" dronu ilə zərərsizləşdirilib. Hadisə barədə məlumat ABŞ administrasiyasının anonim rəsmilərinə istinadən yayılıb.
Bildirilir ki, helikopterin iki ekipaj üzvü ABŞ-yə məxsus pilotsuz dəniz aparatı vasitəsi ilə xilas edilib.
Donald Tramp da daha əvvəl açıqlamasında helikopterin İran qüvvələri tərəfindən vurulduğunu və Vaşinqtonun buna cavab verməyə məcbur olacağını bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı rəsmi hərbi qurumların yekun təsdiqi hələ açıqlanmayıb və araşdırmalar davam edir.
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, hər iki ekipaj üzvü xilas edilib.
Helikopterin vurulduğu, yoxsa texniki nasazlıq səbəbindən qəzaya uğradığı hələlik məlum deyil.