Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb
"Qanunsuz miqrasiya Avropa ölkələri üçün ən böyük təhlükəyə çevrilib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib.
"Təxminən 30 gün əvvəl, Donald Trampın inaqurasiyasından əvvəl, ABŞ-nin ən böyük təhlükəsi olan məsələlər, indi Avropanın ən böyük təhlükəsinə çevrilib. Məsələ ondadır ki, Qərb liderləri yoxlamadan keçməmiş milyonlarla miqrantı ölkələrinə buraxmaq qərarına gəliblər. Bu, Avropa üçün ən böyük təhlükədir və açığını desəm, ABŞ üçün də böyük bir təhlükə olaraq qalır", - Vens vurğulayıb.
O, həmçinin bildirib ki, demokratlar gələcəkdə ABŞ-də yenidən hakimiyyətə gəlsələr, genişmiqyaslı miqrant axınını bərpa etməyə çalışacaqlar.
"Ceyms Devid Vens" teqi üzrə xəbərlər
- Tramp 2037-ci ilə qədər ABŞ prezidenti olaraq qala bilər
- Trampın komandası "Signal" qalmaqalı"ndan sonra Uoltsun işdən çıxarılmasını təklif edir
- Ağ Evin gizli yazışmasından sızma ilə bağlı Trampı qəzəbləndirən nə olub?
- Vens Zelenskinin təklifinə məhəl qoymadı
- Avropa "sivilizasiya intiharı"nın astanasındadır: ABŞ-nin vitse-prezidentindən xəbərdarlıq