Fevral ayının 24-də keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" derbisi qar yağışı səbəbindən təxirə salına bilər.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, hazırda İstanbulda güclü qar yağışı səbəbindən stadionların ot örtüyü futbol matçının keçirilməsinə maneə olur.
Bu səbəbdən ayın 24-də keçirilməli olan derbi matçı fevralın 28-də baş tuta bilər.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçını əcnəbi hakimlər briqadası idarə edəcək.