ABŞ “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatların fəllaşması fonunda Türkiyədə olan diplomatlarının və hərbçilərinin ailələrinə ölkəni tərk etməyə çağırıb.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Pentaqon nümayəndəsi Piter Kuk bəyan edib ki, könüllü təxliyyə İncirlik aviabazası yaxınlığında Adana şəhərində olan 900-ə yaxın adamı əhatə edə bilər.
O, qeyd edib ki, ölkəni tərk etmək tövsiyəsi konkret hadisə ilə əlaqədar deyil, bu sadəcə ehtiyat tədbiridir.