ABŞ Maliyyə Nazirliyi Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Fidel Ernesto Kastro Kalisə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə maliyyə idarəsinin bəyanatında deyilir.
"Qara siyahı"ya Kuba Xarici Ticarət Bankı, habelə təbii ehtiyatların hasilatı və energetika sahələrindən daha dörd təşkilat düşüb.
ABŞ-nin dövlət katibi Marko Rubio yazılı bəyanatında iddia edib ki, məhdudiyyətlərə məruz qalanlar ABŞ-nin milli təhlükəsizliyinə təhdidlərlə bilavasitə əlaqəlidirlər.
Qaynar xətt:
(055) 224 12 12